Şou-biznes Özəl

Aslı Turanlının yeni sevgilisi ortaya çıxdı — Bodrumda görüntüləndi

Aslı Turanlının yeni sevgilisi ortaya çıxdı — Bodrumda görüntüləndi

Aktrisa Aslı Turanlının iş adamı Taha Tatlıcı ilə münasibətdə olduğu iddia edilir. Cütlük Bodrumda keçirdikləri istirahət zamanı ilk dəfə birlikdə görüntülənib.

Demokrat.az xəbər verir ki, rol aldığı layihələrlə tanınan Aslı Turanlı bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. Türkiyə mətbuatının məlumatına görə, aktrisanın iş adamı Taha Tatlıcı ilə yeni münasibətə başladığı bildirilir.

Bodrumda birlikdə istirahət edən cütlük səmimi görüntüləri ilə fotoqrafların obyektivinə tuş gəlib. Məlumata əsasən, onların lüks yaxtada keçirdikləri istirahət maqazin gündəminin diqqət mərkəzinə çevrilib.

"Habertürk"ün xəbərinə görə, Aslı Turanlı və Taha Tatlıcı gün ərzində yaxtada vaxt keçirib, dənizdə istirahət ediblər. Mətbuat onların bir müddətdir münasibətlərini ictimaiyyətdən uzaq saxladıqlarını iddia edir.

Aslı Turanlı kimdir?

Aslı Turanlı 1993-cü ildə anadan olub. Sənət fəaliyyətinə məktəb illərində başlayıb və "Müjdat Gezen" Sənət Mərkəzində təhsil alıb. O, həmçinin "Marmara" Universitetinin Beynəlxalq Ticarət fakültəsini bitirib.

Turanlı teatr, televiziya serialları və kino layihələrində rol alıb. O, aparıcılıq fəaliyyəti ilə də məşğul olub. Aktrisa "Kanal D" telekanalında yayımlanan "Arka Sokaklar" serialındakı rolu, eləcə də "Aslı Gibidir" layihəsindəki çıxışı ilə tanınıb.

Aslı Turanlının yeni sevgilisi ortaya çıxdı — Bodrumda görüntüləndi

Jalə

D
demokrat.az