Şou-biznes Özəl

"Blok3"ə qarşı sui-qəsd planı iddiası: 7 şübhəli həbs olundu — FOTOLAR

Blok3ə qarşı sui-qəsd planı iddiası: 7 şübhəli həbs olundu — FOTOLAR

İstanbul Respublika Baş Prokurorluğunun apardığı mütəşəkkil cinayətkarlıq istintaqı çərçivəsində "Blok3" təxəllüsü ilə tanınan rep ifaçısı Hakan Aydına qarşı hücum planlaşdırdıqları iddia edilən 7 nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az xəbər verir ki, istintaq materiallarına görə, şübhəlilər Hakan Aydına qarşı silahlı hücum hazırlığında olmaqda şübhəli bilinirlər.

İstanbul Polis İdarəsinin Asayiş Şöbəsinin Quldurluqla Mübarizə Bürosu Beşiktaşda avtomobilin yandırılması və Beylikdüzündə iş yerinin güllələnməsi hadisələri ilə bağlı araşdırma apararkən şübhəlilərin izinə düşüb.

İlkin olaraq F.K. saxlanılıb, daha sonra onunla əlaqəli olduğu bildirilən daha altı nəfər müəyyən edilərək əməliyyata cəlb olunub.

İstintaq çərçivəsində bu şəxslərin ictimaiyyətdə "Şapkalılar" kimi tanınan mütəşəkkil cinayət qruplaşması ilə əlaqəli olduqları iddia edilir.

İstintaq sənədlərində hücum zamanı istifadə olunacağı ehtimal edilən silahların və maliyyə dəstəyinin cinayət təşkilatı ilə əlaqəli şəxslər tərəfindən təmin edildiyi irəli sürülür.

Həmçinin şübhəlilərin xarici qeydiyyatlı GSM nömrələrindən istifadə etdikləri və "Signal" tətbiqində yaratdıqları qapalı qrup vasitəsilə əlaqə saxladıqları iddia olunur.

İstintaq materiallarına əsasən, həmin qrupda hücumla bağlı göstərişlər və məkan məlumatları paylaşılıb.

İddialara görə, şübhəlilər İstanbuldan icarəyə götürdükləri avtomobillərlə Muğlaya yollanıblar. 21 iyul 2026-cı ildə Muğla ərazisində polisin "dayan" əmrinə tabe olmayaraq qaçmağa cəhd göstəriblər. Qısa təqibdən sonra onlar saxlanılıblar.

Polisin şübhəlilərin mobil telefonlarında apardığı araşdırma zamanı "Blok" adlı mesajlaşma qrupunun müəyyən edildiyi bildirilir.

İstintaq materiallarına görə, həmin qrupda Hakan Aydının qaldığı otellərin ünvanları, istifadə etdiyi avtomobillərin görüntüləri və digər məlumatlar yer alıb. Bundan əlavə, şübhəlilər arasında "Türkiyədə böyük səs-küy yaradacaq bir iş olacaq" məzmununda yazışmaların olduğu iddia edilir.

İstintaq çərçivəsində saxlanılan 7 şübhəli məhkəməyə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Blok3ə qarşı sui-qəsd planı iddiası: 7 şübhəli həbs olundu — FOTOLAR

Blok3ə qarşı sui-qəsd planı iddiası: 7 şübhəli həbs olundu — FOTOLAR

Blok3ə qarşı sui-qəsd planı iddiası: 7 şübhəli həbs olundu — FOTOLAR

Jalə

D
demokrat.az