Türk aktyor Olgun Toker uzun müddətdir birlikdə olduğu sevgilisi Yağmur Karakılınç ilə evlilik yolunda ilk addımı ataraq nişanlanıb.
Demokrat.az xəbər verir ki, Bursa şəhərində keçirilən qız istəmə və nişan mərasimində aktyorun yaxın dostu Mustafa Üstündağ da iştirak edib.
Türkiyənin serial və kino layihələrində uğurlu çıxışları ilə tanınan Olgun Toker bu dəfə şəxsi həyatındakı xoş xəbərlə gündəmə gəlib.
Ailə arasında keçirilən qız istəmə mərasimindən sosial şəbəkələrdə paylaşılan görüntülər qısa müddətdə geniş maraq doğurub.
Cütlüyün xoş günündə onları ailə üzvləri və yaxın dostları tək qoymayıb. Mərasimdə Olgun Tokerin həmkarı və yaxın dostu Mustafa Üstündağ da iştirak edib.
Nişan mərasimindən yayılan fotolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Cütlüyün pərəstişkarları onları çoxsaylı təbrik mesajları ilə sevindiriblər. Olgun Toker və Yağmur Karakılınçın evlilik hazırlıqları ilə bağlı yeni məlumatlar isə maraqla gözlənilir.








