Türkiyəli rep ifaçısı Sefo aktrisa sevgilisi Çağla Boza etdiyi evlilik təklifinin zarafat olduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, "Habertürk"ün jurnalisti Nazif Şahin Karpuzun məlumatına görə, Sefo ötən həftə bir məkanda atəşfəşanlıq altında Çağla Bozun barmağına üzük taxarkən görüntülənmişdi. Hadisə evlilik təklifi kimi qiymətləndirilmişdi.
Məsələ ilə bağlı danışan Sefo bunun həqiqi evlilik təklifi olmadığını bildirib.
"Belə bir şey yoxdur, zarafat etdik. Hələlik bunun üçün çox tezdir. Üzük əvvəldən də var idi", deyə o, gülümsəyərək bildirib.
Daha sonra repçi əlavə edib ki, gələcəkdə evlənmək mümkündür, lakin hazırda bunun üçün münasib vaxt olmadığını düşünürlər.
"Əlbəttə, evlilik ola bilər. Amma indi bunun üçün tezdir. Düşünürük ki, hər ikimiz üçün hələ erkəndir", deyə Sefo bildirib.


