Hadisə

Vəfat edən gizir ehtiyata çıxacaqmış... — DETALLAR (FOTO/YENİLƏNİB)

Vəfat edən gizir ehtiyata çıxacaqmış... — DETALLAR (FOTO/YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun giziri Tunar Babayev vəfat edib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki,mərhum hərbi qulluqçu əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun keçmiş Qarababa kəndindən olub.

Tunar Babayev uzun illər Heydər Əliyev adına Hərbi Liseydə yeməkxana rəisi vəzifəsində çalışıb. O, Əlahiddə Ümumqoşun Ordusunun Təlim və Tədris Mərkəzinin məzunlarından idi.

Hərbçi yoldaşlarının sözlərinə görə, onun Azərbaycan Ordusu sıralarından təqaüdə çıxaraq ehtiyata buraxılmasına çox az vaxt qalmışdı.

Qeyd edək ki, Tunar Babayevin vəfatı hərbi ictimaiyyət və onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb.

Allah rəhmət eləsin. *** 09:11

Azərbaycan Ordusunun giziri Tunar Ağayev dünyasını dəyişib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hərbi qulluqçu sağlamlıq problemi səbəbindən dünyasını dəyişib.

T.Ağayev Naxçıvan Muxtar Respublikasında yerləşən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi Liseyində bölüyün baş çavuşu vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.

Sözügedən hərbçinin fotosunu təqdim edirik.

Vəfat edən gizir ehtiyata çıxacaqmış... — DETALLAR (FOTO/YENİLƏNİB)

Demokrat.az

D
demokrat.az