Şou-biznes Özəl

"Elə həmin an Kenana həqiqətən aşiq olduğumu hiss etdim" — Beren Saat

Elə həmin an Kenana həqiqətən aşiq olduğumu hiss etdim — Beren Saat

Türkiyənin tanınmış aktrisası Beren Saat həyat yoldaşı, müğənni Kenan Doğulu ilə münasibətlərinin başlanğıcı barədə səmimi etiraflar edib.

Aktrisanın sözlərinə görə, münasibətlərinin ilk dövründə birlikdə Los-Ancelesə səfər ediblər və həmin günlər onlar üçün olduqca romantik keçib. Beren Saat bildirib ki, hər ikisi qısa zamanda bir-birinə dərin hisslər bəsləməyə başlayıb.

O, Kenan Doğuluya həqiqətən aşiq olduğu anı da xatırlayıb. Aktrisa deyib ki, bir müddət birlikdə olduqdan sonra ona "Deyəsən, mən oyun yoldaşımı tapmışam" deyib. Bir səhər çəkilişə getməzdən əvvəl divanda yatarkən gitara səsinə oyanıb və Kenan Doğulunun "Aşka Türlü Şeyler" mahnısını bəstələdiyini görüb.

"Elə həmin an Kenana həqiqətən aşiq olduğumu hiss etdim. Çox təsirlənmişdim", – deyə Beren Saat bildirib.

Aktrisa həmçinin qeyd edib ki, həyat yoldaşı onun musiqi sahəsindəki istedadını da üzə çıxarıb. Onun sözlərinə görə, avtomobildə gedərkən zümzümə etdiyi melodiyanı eşidən Kenan Doğulu bunun yeni bir bəstə olduğunu deyib. Beren

Saat da məhz bundan sonra musiqiyə daha ciddi yanaşmağa başlayıb.

Bununla yanaşı, aktrisa sosial şəbəkələrdən istifadəsini azaltdığını, xüsusilə Instagram-a əvvəlki qədər tez-tez daxil olmadığını, əvəzində YouTube və podkastlara daha çox vaxt ayırdığını vurğulayıb.

Leyla Demokrat.az

D
demokrat.az