Şou-biznes Özəl

Gündəlik həyat tərzindən danışdı: "Gecə saat 3-4-də yatıram"

Gündəlik həyat tərzindən danışdı: Gecə saat 3-4-də yatıram

Türkiyəli aktrisa Beren Saat qatıldığı televiziya proqramında gündəlik həyat tərzi ilə bağlı maraqlı açıqlamalar verib. Uğurlu aktyorluq karyerası ilə tanınan sənətçi gec saatlarda yatdığını və günə necə başladığını bölüşüb.

Demokrat.az xəbər verir ki, Beren Saat aparıcılar Arem Özgüç və Arman Aydının təqdim etdiyi "Hitmakers" proqramının qonağı olub. O, verilişdə musiqi fəaliyyəti, şəxsi həyatı, sosial şəbəkələrdən istifadəsi və gündəlik vərdişləri barədə səmimi fikirlər səsləndirib.

Aktrisa bildirib ki, günə "matcha" hazırlamaqla başlayır, daha sonra isə Cimcik adlı ev heyvanı ilə bağda top oynayır. "Gecə saat 03:00-04:00 radələrində yatıram, səhər isə saat 11:00-da oyanıram", deyə Beren Saat bildirib.

Sənətçi proqram zamanı həyat yoldaşı, müğənni Kenan Doğulu ilə münasibətlərinin başlanğıcından da söz açıb. O bildirib ki, tanışlıqlarının ilk dövrlərində birlikdə Los-Ancelesə səfər ediblər və həmin günləri romantik xatırlayır.

Beren Saat deyib: "Münasibətimizin əvvəlində Los-Ancelesə getmişdik. Çox romantik günlər idi. İndi buna texniki dildə 'love bombing' deyirlər. Geriyə baxanda düşünürəm ki, həqiqətən də elə imiş. Hər ikimiz bir-birimizə çox aşiq olmuşduq".

Aktrisa həmçinin Kenan Doğulunun "Aşka türlü şeyler" mahnısında yer alan "oyun yoldaşım" ifadəsinin yaranma tarixçəsini də bölüşüb.

Onun sözlərinə görə, münasibətlərinin ilk aylarında Kenan Doğuluya "Deyəsən, mən oyun yoldaşımı tapmışam" deyib. Bir müddət sonra isə səhər tezdən divanda yatarkən gitaranın səsinə oyanıb və həyat yoldaşının həmin mahnını bəstələdiyini görüb.

"Məhz o an Kenana həqiqətən aşiq olduğumu hiss etdim. Bu məni çox təsirləndirmişdi", deyə Beren Saat əlavə edib.

Qeyd edək ki, Beren Saat və Kenan Doğulu 2014-cü ildə ailə həyatı qurublar.

Jalə Demokrat.az

D
demokrat.az