Dünya Özəl

"Ahbap" istintaqı çərçivəsində tanınmış şəxslər bu gün ifadə verəcək

Ahbap istintaqı çərçivəsində tanınmış şəxslər bu gün ifadə verəcək

İstanbul Respublika Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq davam edir. İstintaq çərçivəsində bir sıra tanınmış şəxslərin bu gün İstanbul Ədliyyəsində ifadə verəcəyi bildirilir.

Demokrat.az xəbər verir ki, jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, eləcə də aktrisa Hazal Kaya prokurorluqda ifadə vermək üçün məhkəmə binasına çağırılıblar. Bundan əvvəl komediya ustası Şahan Gökbakar və sosial media fenomeni Fatih Koparan da eyni istintaq çərçivəsində ifadə verməyə dəvət olunmuşdu.

İstintaq çərçivəsində sosial media fenomeni Oğuzhan Uğur barəsində həbs qətimkan tədbiri seçilib. Bununla da iş üzrə həbs olunanların sayının 28-ə çatdığı bildirilir.

Türkiyə KİV-in məlumatına görə, Ruşen Çakır və Hazal Kaya artıq ifadə vermək üçün İstanbul Ədliyyəsinə gəliblər.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar istintaq materiallarına əsaslanır və hüquqi proses davam edir. Rəsmi məhkəmə qərarı çıxana qədər adı çəkilən şəxslərin hər hansı cinayətdə təqsirli olduqları hesab edilə bilməz.

Jalə Demokrat.az

D
demokrat.az