Şou-biznes Özəl

Canlı yayımda sevgi etirafı: "Sən mənim həyatımda ilk aşiq olduğum kişisən" — VİDEO

Canlı yayımda sevgi etirafı: Sən mənim həyatımda ilk aşiq olduğum kişisən — VİDEO

"Bloomberg HT" telekanalında yayımlanan "Aslı Şafakla İşin Əsli" verilişində yaddaqalan anlar yaşanıb. Proqramın aparıcısı Aslı Şafak canlı yayım zamanı qonağı olan məşhur aktyor Okan Şenozana uşaqlıq illərinə aid duyğularını etiraf edib.

Demokrat.az xəbər verir ki, aparıcı etiraf etməzdən əvvəl bunun onun üçün asan olmadığını bildirib.

"İndi qururumu bir kənara qoyuram. Bu sözləri demək mənim üçün heç asan deyil. Amma illərdir içimdə saxladığım bir həqiqəti bölüşmək istəyirəm. Keriman xanım, ilk dəfə sizdən üzr istəyirəm. Burada heç bir pis hərəkət yoxdur", – deyə Aslı Şafak bildirib.

Daha sonra o, aktyora üz tutaraq uşaqlıq xatirəsini bölüşüb:

"Okan bəy, daha doğrusu, Okancığım... Mənim beş yaşım var idi. Biz eyni uşaq bağçasına gedirdik. Sən mənim ilk vurulduğum insan idin. Məni xatırlamadın?"

Aslı Şafak bildirib ki, uşaqlıq illərində Okan Şenozana böyük rəğbət bəsləyib:

"Beş yaşımın sadəlövhlüyü ilə evdə səhərdən axşama qədər yalnız 'Okan' deyirdim. Ailə üzvlərim də buna nail olurlar. Mənim ilk uşaqlıq sevgim idin."

Bu sözlər studiyada həm gülüş, həm də qonaq doğurub.

Gözlənilməz etiraf qarşısında çaşqınlığını gizlədə bilməyən Okan Şenozan qısa cavab verib:

"Doğrudan da çox utandım. Bu, mənim üçün gözlənilməz, eyni zamanda çox xoş bir sürpriz oldu."

Canlı yayımda bu səmimi dialoq qısa şəkildə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər proqramdan görüntüləri paylaşaraq aparıcının səmimi etirafını maraqla qarşılayıblar.

Jalə

D
demokrat.az