Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.
Rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.
Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir. (report)
*** 19:11
Ağdamda açıq ərazidə yanğın baş verib.
Demokrat.azxəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığındakı açıq ərazidə qeydə alınıb.
Məlumata görə, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.



Demokrat.az


