Hadisə

Sahil qəsəbəsində dənizdə boğulan şəxs son anda xilas edildi — VİDEO

Sahil qəsəbəsində dənizdə boğulan şəxs son anda xilas edildi — VİDEO

Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Demokrat.az

D
demokrat.az