Maraqlı Özəl

İsti havalarda qidalanma ilə bağlı 3 vacib tövsiyə açıqlanıb

İsti havalarda qidalanma ilə bağlı 3 vacib tövsiyə açıqlanıb

Havanın temperaturu 30 dərəcəni keçdikdə orqanizmin maye və enerji balansını qorumaq üçün qidalanma rejiminə diqqət yetirilməlidir.

Mütəxəssislər bildirirlər ki, belə günlərdə yalnız su içmək kifayət deyil, su tərkibi yüksək qidaların da rasiona daxil edilməsi vacibdir.

Onların sözlərinə görə, isti havalarda artıq zülal qəbuluna ehtiyac yoxdur. Ət və digər ağır yeməklər əvəzinə qatıq, pendir, paxlalılar və digər yüngül zülal mənbələrinə üstünlük verilməsi tövsiyə edilir.

Mütəxəssislər həmçinin xiyar, pomidor, qarpız və çiyələk kimi su ilə zəngin meyvə-tərəvəzlərin qəbulunu artırmağı, gün ərzində kifayət qədər maye içməyi məsləhət görürlər. Bildirilir ki, ilıq və ya isti içkilər də tərləməni artıraraq orqanizmin soyumasına kömək edə bilər.

Bundan əlavə, səhər yeməyini erkən yemək, günün ən isti saatlarında ağır qidalardan uzaq durmaq və axşam saatlarında daha yüngül qidalanmaq isti havanın təsirlərini azaltmağa kömək edir.

Leyla Demokrat.az

D
demokrat.az