Türkiyəli sosial media fenomeni və keçmiş "Miss Turkey" iştirakçılarından biri Berfu Yenenlər üçüncü hamiləliyinin 12-ci həftəsində başa çatdığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, Berfu Yenenlər aktyor və aparıcı Eser Yenenlərlə evlidir. Cütlük 2019-cu ildə ailə qurub və Kuzey və Mete adlı iki oğul övladı var. Son aylarda onların üçüncü övlad gözlədiyi barədə iddialar yayılsa da, ailə bununla bağlı rəsmi açıqlama verməmişdi.
Berfu Yenenlər sosial media hesabında paylaşdığı açıqlamada hamilə olduğunu təsdiqləyərək körpəsini itirdiyini bildirib.
"Hamilə idim. Lakin çox çətin keçən və müxtəlif ağırlaşmalarla mübarizə apardığımız 12 həftənin sonunda dünən hamiləliyim başa çatdı".
Yenenlər yaşadıqları prosesin gözlədiklərindən daha ağır keçdiyini qeyd edib. O bildirib ki, bir müddətdir ictimaiyyətdən uzaq qalmasının səbəbi də məhz bu olub.
Cütlük hadisə ilə bağlı əlavə məlumat paylaşmayıb.


