Türkiyəli aktrisa Eda Ece Bodrumda motosikletlə hərəkətdə olarkən küçə itinin hücumuna məruz qalıb. Hadisədən sonra aktrisa xəstəxanaya çatdırılıb.
Demokrat.az xəbər verir ki, türk televiziya seriallarındakı uğurlu rolları ilə tanınan Eda Ece bu dəfə sənət fəaliyyəti ilə deyil, yaşadığı xoşagəlməz hadisə ilə gündəmə gəlib.
Məlumata görə, hadisə Bodrumda baş verib. Motosikletlə hərəkətdə olarkən küçə itinin hücumuna məruz qalan aktrisa ayağının daban nahiyəsindən xəsarət alıb.
Eda Eceyə ilkin tibbi yardım Bodrum Dövlət Xəstəxanasında göstərilib. Təcili yardım şöbəsində müayinə və müalicə olunduqdan sonra onun səhhətinin qənaətbəxş olduğu bildirilib.
Aktrisa xüsusilə “Yasak Elma” serialında canlandırdığı Yıldız Argun obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, 2023-cü ildə basketbolçu Buğrahan Tuncer ilə ailə qurub. Cütlüyün bir övladı var.



