Hadisə

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda, Rusiyanın Kamçatka yarımadasının cənub sahilləri yaxınlığında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar iyulun 20-də Bakı vaxtı ilə saat 04:09-da baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 229 kilometr məsafədə, ocağı isə təxminən 21 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Demokrat.az

D
demokrat.az