Şou-biznes Özəl

Demet Özdemir "Yeraltı" serialında rol alacaq?

Demet Özdemir Yeraltı serialında rol alacaq?

NOW TV-də yayımlanacaq "Yeraltı" serialı ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.

Demokrat.az xəbər verir ki, son günlər aktrisa Demet Özdemirin serialın aktyor heyətinə qoşulacağı ilə bağlı xəbərlər yayılmışdı.

Məsələ ilə bağlı tanınmış jurnalist Birsen Altuntaş açıqlama verərək bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, Demet Özdemir "Yeraltı" serialında rol almayacaq. Aktrisa hazırda fərqli televiziya və rəqəmsal platforma layihələri ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, "Yeraltı" serialının aktyor heyətində Uraz Kaygılaroğlu, Devrim Özkan, Deniz Can Aktaş və İsmail Hacıoğlu yer alır.

Xatırladaq ki, Demet Özdemir son illərdə "Eşref Rüya", "Adım Farah", "Dünyayla Benim Aramda", "Doğduğun Ev Kaderindir", "Erkenci Kuş", "No: 309", "Çilek Kokusu" və "Kurt Seyit ve Şura" kimi məşhur seriallarda rol alıb.

Jalə

D
demokrat.az