Türkiyənin tanınmış sənət musiqisi ifaçısı Bülent Ersoy keçirdiyi estetik əməliyyatlardan sonra ilk dəfə səhnəyə çıxaraq yeni görünüşünü pərəstişkarlarına təqdim edib.
Bir müddət əvvəl sosial media hesabında xəstəxanadan paylaşdığı foto ilə estetik əməliyyat keçirdiyini açıqlayan sənətçinin üz nahiyəsində Lolita lift, orta üz gərmə və alın gərmə prosedurlarının icra olunduğu bildirilmişdi.
Bülent Ersoy paylaşımında uzun illər üzünə heç bir estetik müdaxilə etdirmədiyini vurğulayaraq, yaş almağın həyatın bir hissəsi olduğunu, lakin əməliyyat qərarını həkiminə güvənərək verdiyini və əldə olunan nəticədən razı qaldığını qeyd etmişdi.
Estetik müdaxilədən sonra ilk dəfə Ayazağadakı məkanlardan birində səhnə alan sənətçi ifası zamanı tamaşaçılarla da söhbət edib. O, zarafatla "Üzümü bəyəndiniz?" sualını ünvanlayıb. Tamaşaçılardan "Bəli" cavabı alan Ersoy təşəkkür edərək gülümsəyib və proqramını davam etdirib.



Leyla Demokrat.az


