Türkiyənin məşhur sənətçisi Yıldız Tilbə Bursada verdiyi konsert zamanı 60 illik yubileyi ilə bağlı hazırlanan sürpriz qarşısında etdiyi açıqlama ilə diqqət çəkib.
Bursa Kültürpark Açıq Hava Teatrında səhnəyə çıxan sənətçi pərəstişkarları üçün sevilən mahnılarını səsləndirib. Konsertin sonlarına yaxın iş adamı İbrahim Sayın tərəfindən Yıldız Tilbənin 60 yaşı münasibətilə tort gətirilib və xüsusi vizual şou təşkil olunub.
Sürpriz qarşısında fikirlərini bölüşən Tilbə doğum günü qeyd etməyi fərqli şəkildə dəyərləndirdiyini bildirib.
“Doğum günü qeyd etmək mənə çox mənasız gəlir. Bitmiş bir 60 ilin nəyini qeyd edəcəyəm? 70 yaşım olacaqmı? Mənə qəribə gəlir. Bitmiş bir şeyi qeyd etmək fərqli hissdir”, – deyə sənətçi bildirib.O, sürprizi hazırlayan İbrahim Sayına təşəkkür edərək, “İbrahim, sən mənim canımsan” ifadəsini işlədib. Tilbə hər kəs üçün sağlamlıq, huzur və xeyirli ömür arzuladığını da qeyd edib.
Sənətçi daha sonra konsertini davam etdirərək tamaşaçılara unudulmaz anlar yaşadıb.

Leyla Demokrat.az


