Türkiyəli məşhur aktyor İsmail Hacıoğlu narkotik qalmaqalından sonra çəkiliş meydançalarına qayıdır.
Karyerası ciddi zərbə alan sənətçinin yeni adresi bəlli olub. O, "NOW" kanalında yayımlanan "Yeraltı" serialının heyətinə qoşulub. Aktyor ekran işində Uraz Kaygılaroğlunun canlandırdığı Bozo obrazının əsas düşməni rolunu oynayacaq.
Xatırladaq ki, sənətçi İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılaraq istintaqa cəlb olunub. O, ifadəsində qanunsuz maddə istifadə etdiyini eitraf edib. Test nəticələri müsbət çıxan aktyor bu addımına görə layihəsini itirib. "TRT 1" kanalı onu baş rolu canlandırdığı "Cennetin çocukları" serialından kənarlaşdırıb.


