Yay və erkən payız aylarında doğulan insanların xarakter xüsusiyyətləri ilə bağlı aparılan araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Araşdırmalara əsasən, iyul, avqust və sentyabr aylarında dünyaya gələn şəxslər nikbinlik, emosional zəka, yaradıcılıq və böhranların idarə olunması kimi bir sıra xüsusiyyətlərə görə digərlərindən seçilə bilirlər.
Demokrat.az xəbər verir ki, psixologiya və davranış elmləri sahəsində aparılan analizlərə əsasən, bu aylarda doğulan insanların fərqləndiyi əsas xüsusiyyətlər bunlardır:
1.Anadangəlmə nikbinlik və mənəvi elastiklik
Araşdırmaya görə, yay aylarında doğulan insanlar daha nikbin olmağa meylli olur və çətin vəziyyətlərdə belə hadisələrin müsbət tərəfini görməyi bacarırlar.
2.Yüksək emosional zəka və güclü ünsiyyət bacarığı
Bu şəxslər insanlarla asan ünsiyyət qurur, empatiya göstərir və qısa zamanda səmimi münasibətlər formalaşdıra bilirlər.
3.Güclü sədaqət hissi
Yaxınlarına və dostlarına bağlılıqları ilə seçilən yay təvəllüdlülərinin münasibətlərdə etibarlı olduqları bildirilir.
4.Qəliblərdən kənar düşüncə
Onlar yaradıcı düşünməyə üstünlük verir, stereotiplərlə hərəkət etmək əvəzinə fərqli yanaşmalar ortaya qoyurlar.
5.Səxavətli olmaq
Araşdırmada qeyd olunur ki, bu aylarda doğulan insanlar imkanları məhdud olsa belə, ehtiyacı olanlara yardım etməyə daha meyllidirlər.
6.Diqqətlə dinləmək bacarığı
Onlar qarşı tərəfi diqqətlə dinləyir, vəziyyəti düzgün təhlil edir və insanların ehtiyaclarını daha yaxşı anlayırlar.
7.Böhran vəziyyətlərini idarə etmək
Münaqişələr zamanı vasitəçi rolunu üzərlərinə götürə, gərginliyi azaltmağa və ortaq həll yolu tapmağa çalışırlar.
8.Öz xoşbəxtliyini yarada bilmək
Yay və erkən payız aylarında doğulan insanların əhval-ruhiyyələrini başqalarından asılı olmadan yaxşılaşdırmağı və həyatlarından zövq almağı bacardıqları vurğulanır.


