Türk kinosunun əfsanəvi simalarından olan Nebahat Çehre yeni layihəsi öncəsi Bodrumda istirahət edərkən görüntülənib. 82 yaşlı aktrisanın mayolu fotoları sosial mediada böyük maraq doğurub.
Uzun müddətdir ekranlardan uzaq qalan Nebahat Çehrenin yeni mövsümdə tamaşaçılar qarşısına yeni layihə ilə çıxacağı iddia olunur. Çəkilişlər başlamazdan əvvəl istirahət etməyə qərar verən məşhur aktrisa enerji toplamaq üçün Bodruma üz tutub.
Dəniz, qum və günəşdən zövq alan Çehre həm formada görünüşü, həm də zərif tərzi ilə diqqət çəkib. 82 yaşında olmasına baxmayaraq gənc görünüşünü qoruması sosial media istifadəçilərinin marağına səbəb olub.
Aktrisanın çimərlikdə mayoda çəkilən görüntüləri qısa zamanda geniş yayılıb. İzləyicilər onun fit bədən quruluşunu və özünə baxımını yüksək qiymətləndiriblər.
Sosial şəbəkə istifadəçiləri məşhur aktrisanın görünüşü ilə bağlı çoxsaylı şərhlər yazıblar. Onlar arasında “Gənc qızlara meydan oxuyur”, “İllər keçir, amma Nebahat Çehre dəyişmir”, “Zərifliyin simvoludur” kimi fikirlər yer alıb.
Nebahat Çehre xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Firdevs Yöreoğlu obrazı ilə böyük tamaşaçı sevgisi qazanıb.




