Maraqlı Özəl

Numeroloqlar bu tarixlərdə doğulan insanlara xüsusi uğur vəd edir

Numeroloqlar bu tarixlərdə doğulan insanlara xüsusi uğur vəd edir

Numerologiyaya görə, hər doğum tarixi müəyyən bir planetin enerjisi ilə əlaqələndirilir və bunun insanın xarakterinə, eləcə də uğur qazanmaq potensialına təsir etdiyi iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri yazır.

Numeroloqlar bəzi doğum tarixlərini ənənəvi olaraq "uğur maqniti" hesab edirlər.

Onların fikrincə, "özü üçün uğur" və "başqalarına uğur gətirmək" anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Bəzi tarixlərdə doğulanların uğuru əsasən öz həyatlarında özünü göstərir, digərləri isə ətrafındakı insanlar üçün də uğur mənbəyi sayılır.

1, 10, 19 və 28-də doğulanlar

Bu tarixlərdə doğulanların Günəşin təsiri altında olduğu bildirilir. Numeroloqların fikrincə, onlar xarizma, daxili enerji və liderlik keyfiyyətləri ilə seçilirlər. Özlərinə inamları yüksək olur və qarşılarına qoyduqları məqsədlərə qətiyyətlə irəlilədikdə uğur qazanmaq ehtimallarının yüksək olduğu iddia edilir.

3, 12, 21 və 30-da doğulanlar

Bu tarixlər Yupiter planeti ilə əlaqələndirilir. Numerologiyaya görə, Yupiter uğur, inkişaf və yaradıcılığın simvoludur. Bu günlərdə doğulanların nikbin xarakterə malik olduqları, müsbət enerjini həyatlarına cəlb etdikləri, münasibətlərdə, karyerada və maliyyə sahəsində uğurlu ola bildikləri qeyd olunur.

6, 15 və 24-də doğulanlar

Numeroloqlar bu tarixləri Venera planeti ilə əlaqələndirirlər. Venera harmoniya, tarazlıq və qayğının simvolu hesab olunur. Bu günlərdə doğulan insanların mehriban və mərhəmətli olduqları, möhkəm münasibətlər qurmağa və maliyyə sabitliyi əldə etməyə meyilli olduqları bildirilir. Onların ailə üzvlərinə, dostlarına və həmkarlarına müsbət enerji ötürdükləri, bunun da öz növbəsində uğur və rifahı cəlb etdiyi iddia olunur.

Jalə

D
demokrat.az