Maraqlı Özəl

Yorğan üzü nə qədər tez-tez yuyulmalıdır? — Yataq dəstinin təravətini qoruyan üsul

Yorğan üzü nə qədər tez-tez yuyulmalıdır? — Yataq dəstinin təravətini qoruyan üsul

Yay aylarında yataq dəstlərini qışa nisbətən daha tez-tez yumaq lazım gəlir. Bunun səbəbi otaq temperaturunun yüksəlməsi ilə insanın yuxu zamanı daha çox tərləməsidir. Lakin bir çox insan yataq dəstlərinin hansı tezliklə yuyulmalı olduğunu, eləcə də yorğan üzlərinin paltaryuyan maşında yuyulmasının mümkün olub-olmadığını dəqiq bilmir.

Demokrat.az xəbər verir ki, təmizlik üzrə “CottageCare” şirkətinin eksperti Skott Şreyderin sözlərinə görə, yorğan üzləri ilin fəslindən asılı olaraq hər 1–2 həftədən bir yuyulmalıdır. Bu barədə “Martha Stewart” nəşri məlumat yayıb.

Şreyder bildirib ki, yay aylarında yorğan üzünü həftədə bir dəfə yumaq və yatarkən mümkün qədər az geyimdən istifadə etmək tövsiyə olunur. Payız və qış aylarında isə insan gecə vaxtı çox tərləmirsə, yorğan üzünü iki həftədə bir dəfə yumaq kifayətdir.

Ədyal və örtüklərə gəldikdə isə yuma üzrə mütəxəssis Tom Çekoni onların ildə 1–2 dəfə təmizlənməli olduğunu qeyd edib. Onun sözlərinə görə, belə ağır əşyaları peşəkar camaşırxanaya vermək daha məqsədəuyğundur, çünki adi ev paltaryuyan maşınları bu yükün öhdəsindən gəlməyə bilər.

Yorğan üzünü yuyarkən necə hazırlamaq lazımdır?

Mütəxəssislər yuyulmazdan əvvəl yorğanı üzdən çıxarmağı və parçanın daha yaxşı təmizlənməsi üçün diqqətlə hazırlamağı tövsiyə edirlər.

İlk növbədə məhsulun etiketindəki qulluq təlimatlarını oxumaq lazımdır, çünki müxtəlif parçalar fərqli qulluq tələb edə bilər. Daha sonra yorğan üzərində olan ləkələr ayrıca təmizlənməlidir.

Bundan sonra yorğan üzünü içəri çevirmədən, bütün fermuar və düymələri bağlayaraq tor tipli xüsusi yuma çantasına yerləşdirmək məsləhətdir. Daha sonra çanta paltaryuyan maşının barabanına qoyulur, zərif yuyucu vasitə əlavə edilir və yataq dəstləri üçün uyğun yumşaq yuma rejimi seçilir. Kondisionerdən istifadə etmək tövsiyə olunmur.

Yuma başa çatdıqdan sonra yorğan üzünü çantadan çıxarmaq və qırışıqları açmaq üçün silkələmək lazımdır. Daha sonra onu otaqda və ya balkonda, lakin birbaşa günəş şüalarından uzaqda qurutmaq məsləhətdir.

Jalə

D
demokrat.az