Türkiyənin reytinqli seriallarından biri olan və Azərbaycanda da maraqla izlənilən "Kardeşlerim" layihəsinin ulduzları Lizge Cömert və Bilal Yiğit Koçak ayrılıq qərarı veriblər.
Demokrat.az xəbər verir ki, serialın çəkiliş meydançasında tanış olaraq sevgili olan cütlük dörd illik münasibətlərinə son qoyub.

Türkiyə mətbuatının yaydığı məlumata görə, bir çoxlarının evlənəcəyini gözlədiyi aktyorlar artıq yollarını ayırıblar. Həm serialdakı obrazları, həm də real həyatda yaşadıqları sevgi ilə diqqət çəkən cütlüyün ayrılığı pərəstişkarlarını məyus edib.
Ayrılıq xəbəri sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Cütlüyün fanatları paylaşım və şərhlərində təəccüblərini və məyusluqlarını ifadə ediblər.
Lizge Cömert və Bilal Yiğit Koçak hələlik ayrılığın səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Bilal Yiğit Koçak 1995-ci ildə Türkiyənin Samsun şəhərində anadan olub. O, xüsusilə "Kardeşlerim" serialında canlandırdığı Ömər obrazı ilə geniş tamaşaçı sevgisi qazanıb və gənc nəslin tanınmış aktyorlarından birinə çevrilib.


