Ənənəvi lahmacun dadından imtina etmədən qlütensiz qidalanmaq istəyənlər üçün ləzzətli bir alternativ təqdim olunur. Qlütensiz lavaşla hazırlanan bu resept həm praktikliyi, həm də zəngin dadı ilə süfrələrinizin sevimlisinə çevrilə bilər.
Demokrat.az xəbər verir ki, xırtıldayan lavaş üzərində incə şəkildə yayılan qiyməli içlik, sobada bişdikdən sonra lahmacunun klassik dadını xatırladır. Təzə göyərti və bol limonla servis edilən bu yeməyi qısa zamanda hazırlamaq mümkündür.
*İnqrediyentlər:
* 3 paket qlütensiz lavaş * 1 ədəd baş soğan * 1 ədəd qırmızı soğan * 200 qram dana qiyməsi * 1 ədəd kapya bibəri * 1 ədəd pomidor * 1 xörək qaşığı tomat pastası * 2 dəstə cəfəri * 1 çay qaşığı duz * 1 çay qaşığı pul bibər * Yarım çay qaşığı qara istiot * 1 xörək qaşığı zeytun yağı * 1 ədəd limon
Hazırlanması:
Əvvəlcə soğan, bibər və cəfərini mətbəx robotunda xırdalayın. Daha sonra üzərinə qiymə, tomat pastası, zeytun yağı, duz, pul bibər və qara istiotu əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız qiyməli qarışığı qlütensiz lavaşların üzərinə nazik qat şəklində yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə, üzəri qızarana qədər bişirin.
Hazır lahmacunu xırda doğranmış qırmızı soğan və limon dilimləri ilə servis edə bilərsiniz.


