Kriminal Özəl

Onu təpikləyən dostunu məhkəməyə verdi, sonra da bağışladı

Onu təpikləyən dostunu məhkəməyə verdi, sonra da bağışladı

Bakının Nərimanov rayonunda iki dost arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il mayın 20-də baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Adil həmin gün səhər saat 09:00-da yaşadıqları ünvanda dostu Aydın (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zamanı o, bir dəfə təpiklə Aydının qasıq nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini söyləyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az