Ölkənin birinci bankı Kapital Bank-ınaktivləri30 iyun 2026-cı il tarixinə13,3 milyardmanattəşkil edib. Müştərilərə verilənkreditlərin həcmiisə6 milyardmanatdır.
30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankdamüştəri depozitlərininhəcmi10 milyardmanat təşkil edib. Bankın 30 iyun 2026-cı il tarixinə tutulmalardan sonraməcmu kapitalı 1,2 milyardmanat,adi və imtiyazlı səhmlərisə265 milyonmanatdır.
Bankınxalis mənfəətiisə ötən ilin analoji dövrü ilə müqayisədə44% arataraq 222 milyonmanata çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.Nağd pul kreditivəBirbank kartısifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Demokrat.az


