Şou-biznes Özəl

"Möhtəşəm Yüzyıl"ın "Mahidevran Sultan"ı təəccübləndirdi — FOTO

Möhtəşəm Yüzyılın Mahidevran Sultanı təəccübləndirdi — FOTO

Türkiyəli aktrisa Nur Fettahoğlu yeni imici ilə yenidən gündəmə gəlib. "Aşk-ı Memnu" və "Möhtəşəm Yüzyıl" seriallarındakı rolları ilə geniş tamaşaçı sevgisi qazanan aktrisa son vaxtlar seçdiyi sarışın saç rəngi və yenilənmiş tərzi ilə diqqət mərkəzindədir.

2007-ci ildə aktyorluq karyerasına başlayan Fettahoğlu "Aşk-ı Memnu" serialında canlandırdığı Peyker, "Möhtəşəm Yüzyıl"da isə Mahidevran Sultan obrazı ilə tanınıb. Sonrakı illərdə "Kardeş Çocukları", "Babil", "Fi", "Bozkır" və "Yabani" kimi layihələrdə rol alan aktrisa müxtəlif obrazlar üçün imicini dəfələrlə dəyişib.

Uzun illər tünd saçları ilə tanınan Nur Fettahoğlu ötən il "Yabani" serialından sonra saçlarını sarıya boyayaraq tamamilə fərqli görünüş seçib. Yeni imici sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. İzləyicilərin bir qismi onun yeni görünüşünü müasir və zərif hesab etsə də, digərləri aktrisaya tünd saç rənginin daha çox yaraşdığını bildirib.

Nur Fettahoğlu isə açıqlamalarında yeni görünüşündən razı olduğunu və bu imicini qorumağa davam edəcəyini qeyd edib.

Aktrisa son olaraq qatıldığı tədbirdə ağ mayka və ağ midi yubkadan ibarət sadə kombini, nazik qara kəməri və minimal aksessuarları ilə kameralar qarşısına çıxıb. Onun fit görünüşü və yenilənmiş tərzi sosial mediada müzakirə olunub.

Möhtəşəm Yüzyılın Mahidevran Sultanı təəccübləndirdi — FOTO
Möhtəşəm Yüzyılın Mahidevran Sultanı təəccübləndirdi — FOTO

Leyla Demokrat.az

D
demokrat.az