Çinin avtomobil nəhəngi BYD böyük səhvə yol verdiyini etiraf edib. Şirkət Avstraliyada yüzlərlə müştəriyə fərqli model ili olan avtomobillər satıb.
Ümumilikdə 1265 alıcı bu xoşagəlməz halla qarşılaşıb. Sürücülər nəqliyyat vasitələrini 2026 model ili kimi əldə ediblər. Lakin maşınların əslində 2025 model olduğu üzə çıxıb.
BYD əvvəlcə müştərilərə sadəcə kompensasiya təklif edib. Sürücülərin kəskin etirazı şirkəti geri addım atmağa məcbur edib. İstehsalçı artıq alıcılara pullarını tam geri qaytarmaq qərarına gəlib.
Problem model ilinin müəyyənləşdirilməsi zamanı yaranan inzibati səhvdən qaynaqlanıb. Şirkət hadisədə hər hansı qəsdin olmadığını vurğulayır.
Səhv avtomobillərin texniki göstəricilərinə və performansına təsir göstərmir. Nəqliyyat vasitələrinin zəmanət şərtləri də qüvvədə qalır.
Beləliklə, Çin brendi sənədləşmə xətasına görə alıcılara pullarını tam qaytaracaq.


