Türkiyənin məşhur fantastik seriallarından biri olan “Sihirli Annem” illər sonra yayımlanan nostalji paylaşım ilə yenidən diqqət mərkəzinə düşüb.
Serialda Çilek və Ceren obrazlarını canlandıran Zeynep Özkaya və Gizem Güven illər əvvəl yadda qalan səhnələrdən birini yenidən çəkərək pərəstişkarlarına sürpriz ediblər.
Zeynep Özkaya sosial media hesabında Gizem Güvenlə birlikdə hazırladıqları videonu izləyiciləri ilə bölüşüb. Aktrisalar paylaşımda serialın unudulmaz səhnələrindən birini canlandıraraq izləyicilərə nostalji anlar yaşadıblar.
Videonun üzərinə “Darıxılan bir geri dönüş: Çilek və Ceren” qeydi əlavə olunub.


Leyla Demokrat.az


