Kriminal Özəl

Ər-arvad arasındakı ad günü mübahisəsi məhkəmədə bitdi

Ər-arvad arasındakı ad günü mübahisəsi məhkəmədə bitdi

Bakının Yasamal rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları mənzildə baş verib. Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elbəy həyat yoldaşı Samirə (adlar şərtidir – red._ ) ilə mübahisə edib.

Onların arasında mübahisənin yaranmasına səbəb Samirənin qızının ona övladının ad gününü öz valideynlərinin yaşadığı evdə qeyd etmək istəməsinə razılıq verməməsindən yaranıb.

Aralarında baş vermiş mübahisədən irəli gələn şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı arvadının saçlarından tutaraq yerə yıxıb, əli ilə onun başına və sifətinə vurması nəticəsində baş nahiyəsinə bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini deyib. O, ərini bağışlayıb, ona qarşı şikayəti olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az