Qaraciyər transplantasiyasından sonra sağlamlığına qovuşan türkiyəli aktyor Ufuk Özkan yenidən ekranlara qayıtmağa hazırlaşır. Həkimlərindən işləmək üçün icazə alan aktyor yaxın vaxtlarda yeni layihədə çəkilişlərə başlayacağını açıqlayıb.
Uzun müddət müalicə prosesi səbəbindən peşəsindən uzaq qalan 50 yaşlı sənətçi səhhətinin artıq işləməsinə mane olmadığını bildirib. O, çəkiliş meydançasına qayıtmaq üçün səbirsizləndiyini deyərək, həkimlərinin də buna razılıq verdiyini vurğulayıb.
Aktyorun ekranlara dönüşü karyerasında ilk olacaq daha bir hadisə ilə yadda qalacaq. Belə ki, Ufuk Özkan yeni layihədə oğlu Eren Özkan ilə birlikdə kamera qarşısına keçəcək. Ata və oğul ilk dəfə eyni ekran işində rol alacaqlar.
Qeyd edək ki, Ufuk Özkan bir müddət əvvəl qaraciyər transplantasiyası əməliyyatı keçirmiş, uzun sürən müalicə və bərpa prosesindən sonra sağlamlığına qovuşmuşdu.

Leyla Demokrat.az


