Türkiyə mətbuatında yayılan iddialara görə, aktyor Kıvanç Tatlıtuğ və stil məsləhətçisi Başak Dizer Tatlıtuğ ailələrini böyütməyə hazırlaşırlar.
Demokrat.az xəbər verir ki, cütlük ikinci övladlarını gözləyir və körpənin cinsiyyəti də artıq bəllidir.
Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Parisdə evləniblər. Cütlük 2022-ci ildə oğulları Kurt Efenin dünyaya gəlməsi ilə ilk dəfə valideyn olublar.
"Sabah" qəzetinin köşə yazarı Bülənt Cankurtun paylaşdığı məlumata görə, Başak Dizerin təxminən beş aylıq hamilə olduğu iddia edilir. Həmin xəbərdə cütlüyün ikinci övladını gözlədiyi bildirilir.
İddialara əsasən, ailənin yeni üzvü qız uşağı olacaq. Bu baş verərsə, Kurt Efenin bacısı dünyaya gələcək. Həmçinin xəbərdə qeyd olunur ki, Başak Dizer ilk övladını 45 yaşında dünyaya gətirdikdən sonra, 49 yaşında ikinci dəfə ana olmağa hazırlaşır.
Bununla belə, Kıvanç Tatlıtuğ və Başak Dizer tərəfi ikinci körpə ilə bağlı yayılan iddialara dair indiyədək rəsmi açıqlama verməyib. Xəbər qısa müddətdə Türkiyə maqazin gündəminin əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə geniş müzakirə olunur.
Jalə Demokrat.az


