Mətanət Əliverdiyeva verilişinə dəvət olunmamalarından narazılıq edən bəzi müğənnilərin iradlarını cavablandırıb.
Demokrat.az xəbər verir ki, o, aparıcısı olduğu "Xəzər axşamı" proqramında bildirib:
"Çox müğənni müraciət edir: "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onları aranjiman etdirin. Yəni bir balaca əlinizi cibinizə atıb xərc çəksəniz, inandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz".
Demokrat.az


