Rəsmi məclislərdə və xüsusi tədbirlərdə tez-tez rast gəlinən bir etiket qaydasına görə, bir şəxsin şərəfinə badə qaldırıldıqda həmin şəxs dərhal içməməlidir. Bu ənənə əsrlər boyu formalaşmış hörmət və nəzakət qaydalarından biri hesab olunur.
Etiket mütəxəssislərinin fikrincə, şərəfinə badə qaldırılan şəxs həmin an deyilən xoş sözləri qəbul etməli, iştirakçılara baxaraq gülümsəməli və minnətdarlığını göstərməlidir. Lakin digərləri badələrindən içərkən onun özü içməməsi, badəni masaya qoyaraq təşəkkür etməsi daha uyğun davranış sayılır.
Bu qaydanın əsas məğzi ondan ibarətdir ki, badə qaldırılması həmin şəxsə göstərilən xüsusi diqqət və ehtiram jestidir. Buna görə də həmin anda içmək əvəzinə, deyilən sözləri qəbul etmək və qarşılığında təşəkkür bildirmək nəzakətli davranış kimi qiymətləndirilir.
Müasir dövrdə bu ənənəyə bütün məclislərdə eyni şəkildə əməl olunmasa da, rəsmi ziyafətlərdə, toy mərasimlərində və işgüzar tədbirlərdə bu qayda hələ də bəzi dairələrdə qorunur.
Leyla Demokrat.az


