Maraqlı Özəl

Bu bürclər uzun müddətli "qara zolaqdan" çıxacaq

Bu bürclər uzun müddətli qara zolaqdan çıxacaq

Astroloq Emi Demur hesab edir ki, 2026-cı ilin iyul ayının sonuna yaxın dörd bürc üçün uzun müddət davam edən çətin dövr başa çata bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazır.

Onun fikrincə, bu dəyişiklik Şimal Ay Düyününün Balıqlar bürcündən Dolça bürcünə keçməsi ilə əlaqələndirilir.

Balıqlar

Astroloqun sözlərinə görə, son il yarım Balıqlar bürcü üçün münasibətlər, karyera və maliyyə sahələrində çətinliklərlə yadda qalıb. O hesab edir ki, iyulun 26-dan sonra vəziyyət dəyişməyə başlayacaq və bu bürcün nümayəndələri göstərdikləri səylərin nəticələrini daha aydın hiss edəcəklər.

Qız

Emi Demur bildirir ki, Qız bürcü üçün son illər, xüsusilə şəxsi münasibətlər baxımından mürəkkəb keçə bilərdi. Onun fikrincə, iyulun sonundan etibarən bu bürcün nümayəndələri daha sağlam münasibətlər qurmaq və keçmiş təcrübələrindən nəticə çıxarmaq imkanı əldə edə bilərlər.

Əkizlər

Astroloqun proqnozuna əsasən, Əkizlər bürcü son iki ildə peşəkar fəaliyyət sahəsində müxtəlif maneələrlə üzləşə bilərdi. O hesab edir ki, qarşıdakı dövrdə bu bürcün nümayəndələri zəhmətlərinin bəhrəsini görmək və karyeralarında irəliləyiş əldə etmək imkanı qazana bilərlər.

Jalə Demokrat.az

D
demokrat.az