Bağınızda və ya kənddə yaşayan qohumlarınızın sayəsində bol qara qarağat əldə etmisinizsə, ondan qış üçün dadlı cem hazırlaya bilərsiniz. Bir qədər zəhmət tələb etsə də, nəticədə soyuq aylarda süfrənizi bəzəyəcək ətirli və qatı cem əldə edəcəksiniz.
Demokrat.az xəbər verir ki, bu resept 1960-cı ildə nəşr olunmuş kulinariya kitablarından götürülüb. Kitabda resept “Qara qarağat mürəbbəsi” adı ilə təqdim olunsa da, bişirmə müddətini artırmaqla onu asanlıqla cem konsistensiyasına gətirmək mümkündür.
Lazım olan ərzaqlar
* 1 kiloqram yetişmiş qara qarağat; * 1,5 kiloqram şəkər; * 4 stəkan su.
Hazırlanma qaydası
Əvvəlcə qazanda su ilə şəkəri qarışdırın, qaynadın və bir neçə dəqiqə bişirərək şərbət hazırlayın.
Qara qarağatı yuyun, sonra 5 dəqiqə qaynar suya salın və süzün. Bu üsul giləmeyvələrin qabığını yumşaldır və onların şəkər şərbətini daha yaxşı çəkməsinə kömək edir.
Əgər çəyirdəksiz cem hazırlamaq istəyirsinizsə, giləmeyvələri əvvəlcə blender və ya ətçəkən maşınla əzin, daha sonra metal ələkdən keçirin.
Hazırlanmış qara qarağatı qaynar şəkər şərbətinə əlavə edin və zəif odda bişirin.
Qatı cem əldə etmək üçün kütləni təxminən 20–30 dəqiqə bişirmək tövsiyə olunur. Daha duru konsistensiyalı mürəbbə üçün isə 10 dəqiqə kifayət edir.
Bişirmədən hazırlanan variant
Kitabda bişirmədən hazırlanan soyuq üsul da təqdim olunur. Bu halda hər 1 kiloqram qara qarağat üçün 2 kiloqram şəkər istifadə edilməlidir.
Giləmeyvələri yuyub təmizləyin, ətçəkən maşından keçirin və şəkərlə yaxşıca qarışdırın. Hazır qarışığı sterilizasiya olunmuş bankalara doldurun. Bu üsulla hazırlanan məhsul sərin şəraitdə 6–8 ay saxlanıla bilər.
Nəzərə almaq lazımdır ki, istilik emalı tətbiq edilmədiyi üçün belə mürəbbə qatılaşmır və klassik cem konsistensiyasını almır. Mütəxəssislər həmçinin qeyd edirlər ki, şəkərsiz qara qarağat cemi hazırlamaq məqsədəuyğun deyil, çünki belə məhsul uzun müddət saxlanılmır.
Jalə Demokrat.az


