Yay aylarında havaların isinməsi ilə əlaqədar su ilanlarının aktivləşməsi təbii prosesdir və bu, narahatlıq doğurmamalıdır.
Bunu Demokrat.az-a açıqlamasında zooloq Samir Məmmədov deyib.
Onun sözlərinə görə, havalar isinən zaman su ilanları qış yuxusundan oyanaraq qidalanmağa başlayırlar və bu səbəbdən daha çox müşahidə olunurlar:

“Bu ilanların insanlara heç bir ciddi ziyanı yoxdur. Hətta dişləmə halı baş versə belə, vaxtında həkimə müraciət etməklə müalicə aparmaq mümkündür. Narahatlığa əsas yoxdur. Hər il bu dövrdə oxşar vəziyyət müşahidə edilir. Su ilanlarının bir qismi qış yuxusuna gedə bilmir. Soyuq havaya davamlı olmadıqları və kifayət qədər qida ehtiyatı tapa bilmədikləri üçün tələf olurlar. Bu, təbii prosesdir və hər il təkrarlanır. Bu ilanlar Azərbaycana kənardan gətirilməyib, ölkənin təbii faunasının bir hissəsidir”.
"Vətəndaşlara su ilanları ilə təmasdan çəkinməyi tövsiyə edirəm və onları narahat etmədikdə insanlar üçün ciddi təhlükə yaratmırlar", - deyə Samir Məmmədov fikrini tamamlayıb.


