Türkiyənin tanınmış pop müğənnisi Demet Akalın səhhəti ilə bağlı sıx iş qrafikinə fasilə vermək qərarına gəlib.
Demokrat.az xəbər verir ki,sənətçi yay mövsümü üçün planlaşdırılan intensiv konsert proqramının onu fiziki və psixoloji cəhətdən həddindən artıq yorduğunu bildirərək, mövcud müqavilələrdən başqa yeni iş təkliflərini qəbul etməyəcəyini açıqlayıb.
Kiprdə keçirilən konserti öncəsi jurnalistlərə açıqlama verən Akalın son dövrlərdə yaşadığı yorğunluğu zarafatla "tükənmişlik sindromu" adlandırıb.
"Hazırda əvvəlcədən razılaşdırılmış işlərdən başqa heç bir yeni təklifi qəbul etmirəm. Bu, naz etmək deyil, həqiqətən çox yorulmuşam. Bu mövsüm çox sayda konsert vermişəm", – deyə müğənni bildirib.
Demet Akalın, həmçinin iştirak etdiyi televiziya proqramının da yekunlaşmaq üzrə olduğunu və layihənin başa çatmasına cəmi altı bölüm qaldığını deyib. Onun sözlərinə görə, televiziya çəkilişləri ilə intensiv konsert fəaliyyətini eyni vaxtda davam etdirmək mümkün olmayıb.
Müğənni qeyd edib ki, hazırkı iş tempi onun üçün həddindən artıq ağırdır və bundan sonrakı dövrdə əsas diqqətini istirahətə və sağlamlığına ayırmağı planlaşdırır.
Leyla Demokrat.az


