"Qala Həyat" Sığorta Şirkəti ASC vətəndaşları gələcəklərini etibarlı şəkildə planlaşdırmağa çağırır.
Demokrat.az xəbər verir ki, şirkətin təqdim etdiyi "Yaşam Sığortası" məhsulu həm maliyyə təhlükəsizliyini təmin etməyə, həm də uzunmüddətli hədəflər üçün vəsait toplamağa imkan yaradır.
"Yaşam Sığortası" sayəsində sığortalılar gözlənilməz risklərə qarşı maliyyə təminatı əldə etməklə yanaşı, gələcək planlarını reallaşdırmaq üçün mərhələli şəkildə yığım formalaşdıra bilərlər.
"Arzularınızı sabaha saxlamayın!" şüarı ilə təqdim olunan kampaniya insanları bu gündən gələcəklərinə investisiya etməyə həvəsləndirir.
Kampaniya çərçivəsində vurğulanır ki, düzgün maliyyə planlaması böyük arzuların gerçəkləşməsinə dəstək ola bilər və bəlkə də növbəti ünvanınız "Sea Breeze" olacaq.



Demokrat.az


