Türk sosial media fenomeni Zehra Özdemir uzun müddətdir münasibətdə olduğu Murat Çapanla dəbdəbəli toy mərasimi ilə ailə həyatı qurub. Cütlüyün özəl gününə çoxsaylı qonaqlar qatılıb. Gecənin ən çox diqqət çəkən detalı isə gəlinə taxılan qızıllar olub.
Demokrat.az xəbər verir ki, qızıl nümayişinə çevrilən toyda Zehra Özdemirin bəzən taxılan zinət əşyalarının ağırlığı səbəbindən ayaq üstə dayanmaqda və yeriməkdə çətinlik çəkdiyi görünüb. Həmin görüntülər sosial mediada qısa zamanda yayılaraq gündəmə gəlib.
"TikTok" və "Instagram"da paylaşdığı əyləncəli məzmunlarla qısa müddətdə məşhurlaşan Zehra Özdemir uzun müddətdir birlikdə olduğu Murat Çapanla nikah masasına əyləşib.
Yaxınları, ailə üzvləri və sosial mediadan tanınmış şəxslərin iştirak etdiyi toy möhtəşəm təşkili ilə diqqət çəkib. Gəlinin zərif işləməli paltarı, toy dekorasiyası və mərasimdən paylaşılan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.
Lakin gecənin əsas müzakirə mövzusu zinət mərasimi olub. Qonaqlar gəlinə qızıl taxmaq üçün növbəyə düzülüb. Metrlərlə uzanan zinət növbəsi izləyicilərin diqqətini çəkib.
Gəlinə ard-arda burma bilərziklər, dəbdəbəli qızıl dəstləri və çoxsaylı zinət əşyaları taxılıb. Mərasimdən yayılan görüntülər sosial mediada sürətlə yayılıb və bir çox istifadəçi toyu "qızıl şousu" kimi qiymətləndirib.
Taxılan qızılların sayı artdıqca Zehra Özdemirin üzərindəki ağırlıq da çoxalıb. Qolları bilərziklərlə, boynu isə qızıl dəstləri ilə dolan fenomen gəlin zinət əşyalarının ağırlığı səbəbindən hərəkət etməkdə çətinlik çəkib.
Gəlinliyi, toy dekorasiyası və əyləncəli anları ilə böyük maraq doğuran mərasim xüsusilə zinət mərasimi ilə uzun müddət müzakirə olunub.
Daha əvvəl nişan mərasimində taxılan dəbdəbəli zinət əşyaları ilə gündəmə gələn fenomen bu dəfə də toy görüntüləri ilə sosial medianın ən çox danışılan şəxslərindən biri olub.
Toyda diqqət çəkən şəxslərdən biri də fenomen Çağla Öz olub. Daha əvvəl nişan mərasimindəki zinət əşyaları ilə gündəmə gələn Çağla Öz may ayında Vanlı "Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalanla nişanlanmışdı. Qollarını tamamilə örtən qızıllarla Zehra Özdemirin toyuna qatılan Çağla Özün yaxın rəfiqəsinə bilərzik taxdığı anlar da böyük maraq doğurub.
Çağla Öz həmin görüntünü sosial media hesabında "Mənim onun dostu olduğum çoxmu bəllidir?" qeydi ilə paylaşıb və paylaşım çoxsaylı bəyənmə toplayıb.








Jalə Demokrat.az


