“Kızılcık Şerbeti” serialından ayrıldıqdan sonra yeni layihəsi ilə gündəmə gələn Doğukan Güngör Kanal D-də yayımlanacaq “Haysiyet” serialında baş rolda yer alacaq.
“Zəngin qız – kasıb oğlan” mövzusuna əsaslanan serialda Güngör “Mehmet” obrazını canlandıracaq. Layihədə onun partnyoru kimi daha əvvəl Merih Öztürkün adı açıqlanmışdı.
Son məlumata görə, serialın heyətinə yeni bir qadın obrazı da əlavə olunub. Mehmetlə eyni məhəllədə yaşayan və ona aşiq olacaq “Hülya” obrazını gənc aktrisa Berfin Kıymaz canlandıracaq.
17 iyulda çəkilişlərinə başlanacaq “Haysiyet” serialı Karlıova ailəsinin hekayəsini ekrana gətirəcək.

Leyla Demokrat.az


