Şou-biznes Özəl

Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)

Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)

Türkiyənin məşhur pop müğənnisi Tarkan Almaniyanın Dortmund şəhərində verdiyi konsertdən sonra imicində dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, İstanbul və Ankara konsertlərinin ardından Dortmundda səhnəyə çıxan sənətçi konsert başa çatan kimi kulisdə saçlarını qısa kəsdirib. Tarkan yeni görünüşünü sosial media hesabında izləyiciləri ilə bölüşərək bunları yazıb:

"Yeri gəlmişkən, Dortmund konsertində səhnədən enən kimi kulisdə yay üçün saçlarımı lap qısa kəsdirdim. Necə alınıb? Bəyəndinizmi?" Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub. Tarkanın yeni imici minlərlə bəyənmə və çoxsaylı şərhlər alıb. İzləyicilər sənətçinin yeni görünüşünü əsasən müsbət qiymətləndirərək ona xoş arzularını çatdırıblar.

Qeyd edək ki, Tarkan son vaxtlar Türkiyə və Avropada verdiyi konsertlərlə pərəstişkarları ilə görüşlərini davam etdirir.

Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)

Leyla Demokrat.az

D
demokrat.az