Sosial

Bu marşrutda interval 30 dəqiqəyə qalxdı

Bu marşrutda interval 30 dəqiqəyə qalxdı

3 saylı marşrut avtobusunda interval 30 dəqiqəyə qalxıb.

Bu barədə sözügedən marşrutdan istifadə edən sərnişin deyib.

O bildirib ki, “Dərnəgül” metrostansiyasından hərəkətə başlamalı olan 3 saylı marşrutu tam 29 dəqiqə gözləyib.

Sərnişinin sözlərinə görə, adətən şəhərdən “Dərnəgül” istiqamətinə hərəkət edən 3 saylı marşrut gecikərkən, tıxaca düşdüyü iddia edilir:

“İndi isə “Dərnəgül” istiqamətində 4 ədəd 3 saylı marşrut keçəndən və 29 dəqiqədən sonra bir marşrut gəldi. Bu isə o deməkdir ki, tıxac-filan yoxdur, avtobuslar da var, sadəcə intervalı bu ərəfədə 30 dəqiqəyə qaldırıblar”.

Demokrat.az

D
demokrat.az