Dünya Özəl

ABŞ-da Türkiyəyə qarşı yeni təxribat: Konqresə KAAN qırıcıları ilə bağlı qətnamə təqdim olundu

ABŞ-da Türkiyəyə qarşı yeni təxribat: Konqresə KAAN qırıcıları ilə bağlı qətnamə təqdim olundu

ABŞ Nümayəndələr Palatasına Türkiyənin yeni beşinci nəsil KAAN qırıcı təyyarəsi üçün Amerika motorunun satışını bloklaya biləcək qətnamə təqdim edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Defence Express" və "Ekathimerini" resursları məlumat yayıb.

Qeyd edək ki, sənəd qəbul olunarsa, proqramın icrası uzun müddətə ləngiyə bilər, çünki hazırda təyyarə Amerika istehsalı olan reaktiv motorlara hesablanaraq istehsal olunur.

Xatırladırıq ki, antitürk qətnamənin müəllifi Demokrat partiyasından olan konqresmen Dina Titusdur.

Analitiklərin fikrincə, öncəki illərdə ABŞ qanunvericilik orqanında Türkiyə əleyhinə olan demək olar ki, bütün qətnamələr erməni və yunan lobbisi tərəfindən dəstəklənən konqresmenlər tərəfindən hazırlanırdısa, bu dəfə şübhələr daha çox İsrailin üzərinə yönəlib. Bildiyimiz kimi, İsrailin Qəzza, Livan və Suriyada həyata keçirdiyi aqressiv siyasətinə qarşı bütün beynəlxalq təşkilatlarda Türkiyənin tutduğu mövqe hazırda Ankara və Tel-Avivi qarşı-qarşıya qoyub.

Türkiyəda isə NATO zirvəsində Ankaraya gələcək ABŞ prezidenti Trampla prezident Ərdoğanın arasında baş tutacaq görüşdə həm F-35, həm də KAAN qırıcıları üçün nəzərdə tutulan "General Elicrics" şirkətinin F110-GE-129E/F motorları ilə bağlı konsensusa gəlinəcəyinə inanaırlar.

Konqresə təqdim sənəddə F110-GE-129E/F motorlarının Türkiyəyə satışının, eləcə də onların KAAN döyüş təyyarələrinə inteqrasiyası üçün əlaqəli xidmətlərin qarşısının alınması tələb olunur.

Potensial sövdələşmənin ümumi dəyəri 700 milyon dollar olaraq qiymətləndirilir.

Alparslan Demokrat.az

D
demokrat.az