İnsanın doğum tarixi, numerologiya tərəfdarlarının fikrincə, təkcə xarakter xüsusiyyətlərini deyil, həm də uğuru cəlb etməyin yollarını göstərə bilər.
Demokrat.az xəbər verir ki, onların iddiasına görə, hər doğum tarixi müəyyən planetlə əlaqələndirilir və həmin tarixə uyğun talisman insanın müsbət enerjisini gücləndirə bilər.
1, 10, 19, 28 tarixlərində doğulanlar
Bu tarixlər Günəşin himayəsində hesab olunur. Belə insanların fitri liderlik keyfiyyətlərinə və güclü xarizmaya malik olduqları bildirilir. Numerologiya tərəfdarları onlara sağ əllərində qırmızı sap gəzdirməyi tövsiyə edirlər. İnanclara görə, bu, özünəinamı artırır və uğur gətirir.
2, 11, 20, 29 tarixlərində doğulanlar
Bu tarixlər Ayla əlaqələndirilir. Belə insanlara güclü intuisiya və emosional həssaslıq aid edilir. Uğur qazanmaq üçün evdə kiçik fəvvarə saxlamaq və ya topuqda gümüş bilərzik taxmaq tövsiyə olunur. Ezoterik inanclara görə, bu, maliyyə rifahını dəstəkləyir.
3, 12, 21, 30 tarixlərində doğulanlar
Bu tarixlərin himayədarı "Yupiter" hesab olunur. Belə insanlar nikbin və mənəvi cəhətdən inkişaf etmiş kimi xarakterizə edilir. Numerologiya tərəfdarları onlara şəhadət barmağında qızıl üzük taxmağı məsləhət görürlər. Bu üzüyün inkişaf və firavanlığın rəmzi olduğu bildirilir.
4, 13, 22, 31 tarixlərində doğulanlar
Bu tarixlər "Rahu" ilə əlaqələndirilir. Belə insanlara müstəqil xarakter və zəhmətkeşlik xüsusiyyətləri aid edilir. Talisman kimi "Om" simvolundan istifadə etmək tövsiyə olunur. Ezoterik inanclara görə, bu simvol daxili sakitliyi qorumağa və uğura doğru irəliləməyə kömək edir.
5, 14, 23 tarixlərində doğulanlar
Bu tarixlər "Merkuri"nin himayəsində sayılır. Belə insanlar ünsiyyətcil, zirək və hazırcavab hesab olunurlar. Numerologiya tərəfdarları uğur üçün tovuz quşunun lələyini özləri ilə gəzdirməyi məsləhət görürlər. İnanclara görə, bu, maliyyə sabitliyinə kömək edir.
6, 15, 24 tarixlərində doğulanlar
Bu tarixlər "Venera" ilə əlaqələndirilir. Belə insanlar qayğıkeş və diqqətli kimi xarakterizə olunur. Numerologiya tərəfdarlarının fikrincə, üzərində "Lakşmi" və "Qaneşa" təsvirləri olan gümüş sikkə firavanlıq və bolluğun simvolu hesab edilir.
7, 16, 25 tarixlərində doğulanlar
Bu tarixlər "Ketu"nun himayəsində sayılır. Belə insanlara tənhalığı sevmək və həyata fəlsəfi yanaşmaq xüsusiyyətləri aid edilir. Uğur qazanmaq üçün cibdə dəfnə yarpağı gəzdirmək tövsiyə olunur. Müxtəlif inanclarda dəfnə yarpağı qələbə və uğurun rəmzi hesab edilir.
8, 17, 26 tarixlərində doğulanlar
Bu tarixlər "Saturn"la əlaqələndirilir. Belə insanların intizamlı və məsuliyyətli olduqları bildirilir. Talisman kimi nal formasında üzükdən istifadə etmək tövsiyə edilir. Ezoterik inanclara görə, bu, həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək edir.
9, 18, 27 tarixlərində doğulanlar
Bu tarixlər "Mars"ın himayəsində hesab olunur. Belə insanlar enerjili, qətiyyətli və məqsədyönlü kimi təsvir edilir. Numerologiya tərəfdarları özləri ilə kiçik səndəl ağacı parçası gəzdirməyi məsləhət görürlər. Onların fikrincə, bu talisman karyera yüksəlişinə və maliyyə maneələrinin aradan qaldırılmasına kömək edir.
Jalə Demokrat.az


