"TikTok"da yayılan videoda Azərbaycanda satışda olan qarpızlarda nitrat səviyyəsinin normadan xeyli yüksək olduğu iddia edilir.
Demokrat.az xəbər verir ki, videonu çəkən şəxs xüsusi nitratölçən cihaz vasitəsilə qarpızı yoxladığını bildirir. Onun sözlərinə görə, qarpız üçün icazə verilən nitrat norması 60 mq/kq olduğu halda, cihaz 610 mq/kq göstəricisi qeydə alıb.
Daha sonra o, qarpızın həm qabığında, həm də iç hissəsində ölçmə aparıb. İddiaya görə, qabıqda təxminən 470 mq/kq, meyvənin iç hissəsində isə 610 mq/kq nitrat müəyyən edilib.
Videonun müəllifi əldə etdiyi nəticələrə əsaslanaraq qarpızda nitrat səviyyəsinin normadan təxminən 10 dəfə yüksək olduğunu iddia edir.
Qeyd edək ki, videoda səsləndirilən məlumatların müstəqil laboratoriya tərəfindən təsdiqləndiyinə dair hər hansı rəsmi məlumat təqdim olunmayıb.
Jalə Demokrat.az


