Binəqədi şosesində aparılan təmir işləri nəqliyyatın hərəkətində ciddi sıxlığa səbəb olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, yolda aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Hazırda şose boyunca kilometrlərlə uzanan tıxac müşahidə olunur. Sürücülər ərazidə hərəkətin xeyli çətinləşdiyini bildirirlər.
Qeyd edək ki, Binəqədi şosesində ötən il də təxminən bir il davam edən genişmiqyaslı təmir işləri aparılmışdı.
Fotoları təqdim edirik.









