Sosial

"Yolun Məclisə yox, bil, məzaradı!" — Hadi Rəcəbli satira ilə hədəfə alındı (FOTO)

Yolun Məclisə yox, bil, məzaradı! — Hadi Rəcəbli satira ilə hədəfə alındı (FOTO)

Hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn deputat Hadi Rəcəbli yenidən hədəfə çevrilib.

Demokrat.az xəbər verir ki, deputata həsr edilmiş "Gəl sən bu seçkiyə qatılma Hadı" şeirində H.Rəcəbli sərt şəkildə tənqid olunur. Sosial şəbəkədə yayılmış 6 bəndlik həmin şeirin müəllif Xəyyam Qurbanlıdır.

Demokrat.az həmin şeiri təqdim edir:

Gəl sən bu seçkiyə qatılma Hadı

İkimin iyirminin seçkisi başlar,

Yenə meydandadır siyasi başlar. Əlacı olsa kasıb zümrənin, Hadıtək deputatı başından daşlar!

Onsuz da Məclisdə hər nitqin oyun, Neçə il yığdınız, bəsdirin, doyun! Neçə məmur , həmkar toyunda oldun, Gedib heç şad etdin seçici toyun?

Uşaqpulu deməkdən dillər mazoldu, Fikirdən tük töküb, baş da daz oldu. Yalnız quru vəd verdin sən bu millətə, Neçə qarlı qış keçib, neçə yaz oldu?

Otellər tikdirib biznesi qurdun, Dövlət büdcəsini göyə sovurdun! Sənə ağız açan kasıb bəndəni, Siyasi fənd ilə yanından qovdun!

Ağarsa da saçın indi başında, Tanqo da gedirsən ahıl yaşında! Bilirsən nə qədər qəzəb , kin yatır, Minlərlə kasıbın o göz yaşında?

Gəl sən bu seçkiyə qatılma Hadı, Sənin hər seçicin -qəlbiyaradı! Nə qədər gec deyil, kasıb sevindir, Yolun Məclisə yox, bil, məzaradı!

Yolun Məclisə yox, bil, məzaradı! — Hadi Rəcəbli satira ilə hədəfə alındı (FOTO)

Demokrat.az

D
demokrat.az