Türkiyənin tanınmış aktrisası Nebahat Çehre uzun fasilədən sonra yenidən televiziya ekranlarında görünəcək.
Demokrat.az bildirir ki,sonuncu dəfə 2018-ci ildə yayımlanan "Yuvamdaki Düşman" serialında rol alan sənətçi səkkiz ildən sonra yeni layihədə çəkilməyə razılıq verib.
Uzun müddət ona edilən müxtəlif təklifləri qəbul etməyən aktrisa yeni mövsümdə yayımlanacaq "Düğünümüz Var" adlı komediya serialının heyətinə qoşulub.
Bildirilir ki, Poll Films istehsalı olan layihədə Nebahat Çehre "Feryal" obrazını canlandıracaq. Aktrisanın serialın prodüseri Polat Yağcı ilə razılıq əldə etdiyi qeyd olunur.
Yeni mövsümün iddialı layihələrindən biri hesab edilən "Düğünümüz Var" serialında Nebahat Çehre ilə yanaşı, Eda Ece, Binnur Kaya və Şevval Sam da rol alacaqlar.
Serialın yeni televiziya mövsümündə tamaşaçılara təqdim olunması planlaşdırılır.

Leyla Demokrat.az


